AZ

ÜST: Quduzluq hallarının 99 faizi sahibsiz itlərdən qaynaqlanır

ÜST: Quduzluq hallarının 99 faizi sahibsiz itlərdən qaynaqlanır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris, quduzluq hallarının 99 faizinin sahibsiz itlərdən ötürüldüyünü bildirib. O, sahibsiz itlərin sayına diqqət yetirməyin və onlaraı peyvənd etməyin vacibliyinə diqqət çəkib.İtlərin uzun illərdir insanlarla birgə yaşadığını bildirən Harris bəzi xəstəliklərin, xüsusilə də quduzluğun insanlara keçmə ehtimalının olduğunu deyib. Qeyd edib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) tərəfindən quduzluqdan qorunma proqramı reallaşdırılır. Proqram Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və tamamilə quduzluğa diqqət yetirən bir qrup tərəfindən hazırlanıb. Proqramın məqsədi quduzluğun endemik olduğu ölkələrdəki bütün it populyasiyalarını peyvənd etməkdir: "Quduzluq hallarının 99 faizi itlərdən insanlara ötürülür. Ona görə də sahibsiz itlərin sayına diqqət yetirmək və onlara peyvənd etmək çox vacibdir. Bəzi ölkələr öldürməyə əl atırlar ki, bu da effektiv deyil. Əgər sahibsiz itlərin sayını azaltmaq istəyirsənsə, baytarlıq xidmətlərinizlə əlaqə saxlayın".Sahibsiz itlərin digərlərindən daha çox sağlıq problemlərinin olduğuna diqqət çəkən Harris, heyvanların yemək tapa bilmədiklərini və çətin şəraitdə yaşadıqlarını deyib. Onun sözlərinə görə, yaxşı bir peyvənd sistemi ilə bir çox ölkədə quduzluq riskini azaltmağı bacarıblar: “Təəssüf ki, hər il ən çox Asiya və Afrikada quduzluqdan on minlərlə ölüm qeydə alınır və bunların əksəriyyəti 15 yaşından kiçik uşaqlardır. Əgər quduzluğun endemik olduğu bir bölgədəsinizsə, bütün itlərin peyvənd olmasını təmin etmək üçün çalışmalısınız. Yaxşı baxılmayan, qida tapmaq və həyatda qalmaq üçün mübarizə aparan böyük heyvan populyasiyası hər zaman problem yaradacaq. Sahibsiz itlərin çox olduğu ərazilərdə məsuliyyətin götürülməsi lazımdır".Harris qeyd edib ki, əsasən sahibsiz itlərə düzgün qulluq etmək insan sağlamlığını qorumaq üçün yaxşı bir yoldur: "Heyvanlara zərər vermək problemi həll etmir. Bu o deməkdir ki, itlər insanlardan qorxacaq, qaçacaq və ya daha aqressivləşəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
afn.az

2Mənbələr