AZ

KOB СОР29-da fəal iştirak etməlidir - BMT nümayəndəsi

Bakı. Trend:

Kiçik və orta biznes (KOB) BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29) fəal iştirak etməlidir.

Trend xəbərverir ki, bu barədə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrərəhbəri Samir Məmmədov Bakıda "Dayanıqlı inkişaf: problemlər vəhəllər" mövzusunda keçirilən tədbirdə deyib

"Kiçik və orta biznes (KOB) BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29) fəal iştirak etməlidir. Bu iştirakın təkcə iki həftəliktədbirlə məhdudlaşmaması, həm də gələcək dayanıqlı inkişafınkatalizatoruna çevrilməsi vacibdir.

KOB "yaşıl" texnologiyalara keçir etməklə təkcə karbon iziniazaltmayacaq, həm də iqlim dəyişikliyi ilə qlobal mübarizəsəylərini dəstəkləyərək bazardakı mövqelərini gücləndirəcək.Ekoloji cəhətdən təmiz qərarların qəbulu dayanıqlı inkişafın qlobalgündəliyinə mühüm töhfə verəcək, həmçinin biznesin cəmiyyət vəplanet qarşısında məsuliyyətini nümayiş etdirəcək", - deyə ovurğulayıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
az.trend.az

3Mənbələr