AZ

KOB СОР29-da fəal iştirak etməlidir - BMT nümayəndəsi

Kiçik və orta biznes (KOB) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməlidir.

Trend xəbər verir ki, bu barədə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib

"Kiçik və orta biznes (KOB) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etməlidir. Bu iştirakın təkcə iki həftəlik tədbirlə məhdudlaşmaması, həm də gələcək dayanıqlı inkişafın katalizatoruna çevrilməsi vacibdir.

KOB "yaşıl" texnologiyalara keçir etməklə təkcə karbon izini azaltmayacaq, həm də iqlim dəyişikliyi ilə qlobal mübarizə səylərini dəstəkləyərək bazardakı mövqelərini gücləndirəcək. Ekoloji cəhətdən təmiz qərarların qəbulu dayanıqlı inkişafın qlobal gündəliyinə mühüm töhfə verəcək, həmçinin biznesin cəmiyyət və planet qarşısında məsuliyyətini nümayiş etdirəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.


BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
ekologiya.az

3Mənbələr