Bakı. Trend:
Azərbaycanda transfer pəncərələrinin vaxtı müəyyənləşib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidmətiaçıqlayıb.
2024/2025-ci illər mövsümü üçün transfer dövrlərinin vaxtıdəqiqləşib. Yay transfer pəncərəsi iyunun 25-dən sentyabrın 16-dəkdavam edəcək.
Qış transfer pəncərəsi isə 2025-ci ildə açılacaq. Klublar yenifutbolçularını yanvarın 14-dən fevralın 10-dək qeydiyyatdan keçirəbiləcək.