AZ

Valideynlər niyə DİQQƏTSİZDİR: Körpələrin yıxılaraq ölüm hallarının ARTMASINDA SƏBƏB NƏDİR? - ARAŞDIRMA

Valideynlər niyə DİQQƏTSİZDİR: Körpələrin yıxılaraq ölüm hallarının ARTMASINDA SƏBƏB NƏDİR? - ARAŞDIRMA

Son vaxtlar azyaşlı uşaqların binadan yıxılaraq ölümü ilə nəticələnən faktların sayı günbəgün artır. Buna nümunə olaraq yaxın zamanda baş vermiş bir neçə hadisəni nümunə göstərə bilərik. Məsələn, 9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb. Hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib.

Astarada nəzarətsiz qalan körpənin yıxılması ölümünə səbəb olub. Belə ki, "manej"də oynayarkən yıxılan 8 aylıq körpə İ.H. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda vəfat edib.

Bu gündə Bakıda 2 yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq ölüb. 2022-ci il təvəllüdlü Hamza İmanov yaşadıqları evin 6-cı mərtəbəsindən yıxılaraq KIA markalı avtomobilin üzərinə düşüb. Körpə aldığı xəsarətdən hadisə yerində ölüb.

Göründüyü kimi, hadisələr ya valideyn nəzarətsizliyindən yaxud ehtiyatsızlığından irəli gəlir. Körpələrin ölüm hallarının səbəbi valideyn məsuliyyətsizliyindən irəli gəlir? Problemin qarşısını necə alaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, illər öncə də ölkədə hündürmərtəbəli binalar var idi. Ən azı Bakıda yaxud rayonlarda beş mərtəbəli binalar olub. Statistikaya nəzər salsaq görərik ki, o vaxtlar bu hallar daha az olub, nəinki indi:
"Mən valideynlərə onu məsləhət görərdim ki, onlar öz övladlarını məktəbəqədər təhsil müəssisələrinə yerləşdirsinlər. Bu gün bağçalarda, xüsusilə dövlət bağçalarında yer məhdud ola bilər. Amma yerlər var. Dövlət bağçalarında dövlət tərəfindən heç bir ödəniş qoyulmasa da, bağça müdirələri ödənişlər qoyur. Elə bağça var ki, qiyməti 150 manatdır. Elə bağçalarda var ki, dövlətindir və 150-80 manat ödəniş olunur. Valideyn övladını bağçaya qoyanda öz işlərini rahat görür. Uşaq bağçadan qayıdanda ona kifayət qədər sevgi və qayğı ayırır. Amma uşaq bütün günü evdə olanda valideyn yorulur. İndiki valideynlərə diqqət etsək görərik ki, sosial şəbəkədən asılı vəziyyətdə yaşayırlar. Ancaq dəbdəbəli həyat yaşamaq və qohumlarına nəyisə göstərmək istəyirlər. Bu səbəbdən bu kimi hallara tez-tez rast gəlirik. Körpələrin binadan yıxılma halları hadisə də ola bilər. Bəzən deyirlər ki, qismətdir. Amma valideyn məsuliyyətsizliyindən qaynaqlanan bir haldır".

Psixoloqun sözlərinə görə, heç kimi günahlandırmaq olmaz. Çünki bu cür valideynlər uşaqları yıxılanda və dünyasını dəyişəndə psixoloji durumları bərbad vəziyyətdə olur:

"Biz onların üzərinə nə qədər getsək, nə qədər məsuliyyətsizdilər desək, bununla onlara ikinci bir zərbəni vurmuş olarıq. Bu da humanizm prinsiplərinə zidd olan bir haldır. Amma hardasa valideynin yanında uşaq yıxıla bilir. İndiki uşaqlar çox edəcəkdir və hiperaktivdilər. Bu gün Azərbaycanda hiperaktivlik sindromundan əziyyət çəkən uşaqların sayı günbəgün artır. Bu xəstəlik deyil, sadəcə olaraq sindromdur. Belə uşaqlar daimi nəzarətdə saxlanılmalıdır. Bu gün baxsaq problemli və qüsurlu uşaqların sayı çoxalıb. Bir uşaq bağçaya gedirsə, müəyyən yaşda təhlükəli vəziyyətləri anlayır və öyrənir. Bilir ki, bunlar olmaz. Valideyn evdə onu nə qədər çalışsa da, öyrədə bilmir. Bağça öyrənmək üçün gedilən bir müəssisədir. Ona görə bu gün həmin halların çoxalmasında uşaqların həddən artıq dəcəl olması, hiperaktivlik və digər zehni problemli hallar ilə qarşı-qarşıya qalması ilə əlaqədardır. Bəzi uşaqların telefona bağımlı olması prosesi dərindən körükləyir. 5-6 yaşda olan uşağın təxəyyülü yüksək olur. Onlar baxdığı filmlərdən nümunə götürürlər. Düşünürlər ki, onlar uca bilərlər. Bu hallar ilə də qarşılaşırıq. Uşaq gördüyünü real həyat ilə ayırd edə bilmir. Bunu tətbiq edəndə xətalar ortaya çıxır. Valideyn məsuliyyətsizliyini və diqqətsizliyini burada inkar etmək olmaz. Bu danılmaz bir faktdır".

Vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır:
ValideynlərEhtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.

Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.

Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
sonxeber.az

10Mənbələr