AZ

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Bir neçə gün əvvəl Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində “Rənglərlə Qarabağa səyahət” adı altında başlayan sərgi və mədəniyyət tədbirləri yekunlaşıb.

525.az xəbər verir ki, tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin  Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalareyasının tərəfdaşlığı ilə həyata keçirdiyi  “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində təşkil olunub.

Qeyd edək ki, sərgidə tanınmış rəssamlar Rafail Əlizadə, Yusif Mirzə, Vüqar Əli, Günel Ağakişiyeva, Toğrul Ağayev, İqbal Həsənəlizadə, Nərminə Uluxanova, Nərmin Abdullayeva, Leyla Orucova, Abbas Məmmədov və Səadət Abdullayevanın əsərləri nümayiş olunub.

Sərginin bağlanışına həsr olunmuş mərasimi Kuala Lumpur Şəhər İncəsənət Qalareyasının direktoru Maizon Ömər açıb.

Layihənin rəhbəri, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva layihə çərçivəsində Kuala Lumpurda son bir neçə gündə görülən işlərdən danışıb, 30 ilə yaxın düşmən işğalı altında qalan Şuşanın Azərbaycan xaqlı üçün nə qədər müqəddəs olduğundan söhbət aşıb. Azərbaycan rəssamlarının Şuşa mövzusunda çəkdikləri əsərlərdən ibarət sərginin təşkilində zəhməti olanlara təşəkkür edib.

Gənc müğənni Zeynəb Nəcəfovanın Şuşa və Qarabağ mövzusunda ifa etdiyi mahnılar bu dəfə də tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər  Salmanov bağlanış mərasimində çıxış edərək, Şuşanın erməni işğalı altında olduğu illəri xatırladıb, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına göz yummasından ürək ağrısı ilə danışıb.

Daha sonra müşavir 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın Müzəffər Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmasından bəhs edib.

Tədbirdə İspaniya, Zambiya və Seneqalın Malayziyadakı Fövqəladə və Səlahiyyətli səfirləri, habelə Türkiyə və Polaşa səfriliklərinin məsul nümayəndələriiştirak ediblər.

Layihənin rəhbəri Ş.Nağıyeva sərgidə nümayiş olunan hər bir rəsm əsəri barədə diplomatlara ətraflı məlumat verib.

Mərasimin sonunda respublikamızın turizm imkanlarını göstərən videoçarxlar nümayiş edilib, Şuşa haqqında müzakirə və söhbətlərə Azərbaycandan gətirilmiş şirniyyat stolu ətrafında yekun vurulub. 












Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb
Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb
Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb
Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb
Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb




Şəkil sayı: 5






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
525.az

10Mənbələr