“İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir”.
“Cebhe.info” xəbər verir ki, bu barədə CNN Türk-ə müsahibəsində İran xarici işlər naziri Əli Bağeri Kani bildirib. O, Ermənistan-Azərbaycan münasibətləri kontekstində Zəngəzur dəhlizi ilə bağlı suala belə cavab verib.
“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verir. Bununla belə, Tehran regionun demoqrafiyasını və bölgənin sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüslərin əleyhinədir”, - deyə Kani vurğulayıb.