AZ

İran XİN Zəngəzur dəhlizi haqda AÇIQLAMA VERİB

İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir.

NOCOMMENT.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin vəzifəsini müvəqqəti icra edən Əli Bagiri Kani Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandırarkən deyib.

“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan arasında normallaşmanı dəstəkləyir. Ancaq Tehran regionun demoqrafiyasını və sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”, – deyə Kani bildirib.

Seçilən
107
11
nocomment.az

10Mənbələr