Dağıstanın Buynaksk şəhərinin 270-dən çox sakini kəskin bağırsaq infeksiyası əlamətləri ilə həkimlərə müraciət edib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın mətbuat katibi Arip Arimov bildirib.
"Buinaksk xəstəxanasına 270-dən çox insan kəskin bağırsaq infeksiyası əlamətləri ilə müraciət edib. Hazırda 30-dan çox insan xəstəxanaya yerləşdirilib, onlardan 21-i azyaşlıdır", - məlumatda deyilir.
Kütləvi zəhərlənmənin səbəbi hələlik məlum deyil.
Ağarza Elçinoğlu