İran tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır, lakin regional sərhədlərin dəyişdirilməsini qəbul etmir.
Publika.az xəbər verir ki, bu barədə İranın Xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani CNN Türk-ə müsahibəsində bildirib.
O, “Zəngəzur dəhlizi” ilə bağlı sualı cavablandırarkən bu haqda danışıb.
“İran tərəfi regionun inkişafına kömək edəcək bütün təşəbbüsləri, xüsusən də Ermənistan-Azərbaycan arasında normallaşmanı dəstəkləyir, bununla belə, Tehran regionun demoqrafiyasını və regionun sərhədlərini dəyişdirəcək hər hansı layihə və təşəbbüsün əleyhinədir”, - Kani vurğulayıb.