AZ

KTMT büdcəsini dəyişir: Ermənistana görə

KTMT 2024-cü ilin büdcəsinə Ermənistanın hesablanmış töhfəni ödəməkdən imtina etməsi səbəbindən düzəliş edəcək.

“Cebhe.info” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, KTMT-nin cari il üçün büdcəsi Ermənistan rəhbərliyinin hesablanmış töhfəni ödəməkdən imtina etməsi səbəbindən düzəliş tələb edir.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan İrəvanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının “2024-cü il üçün KTMT-nin büdcəsi haqqında” 2023-cü il 23 noyabr tarixli qərarına qoşulmaqdan və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinmək niyyətində olduğunu bəyan edib.

“Hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi üzərində iş gedir. 

Eyni zamanda, töhfələrin yenidən bölüşdürülməsindən söhbət getmir”,- deyə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Departamentdən bildirilib  ki, KTMT Katibliyi və KTMT Birgə Qərargahı İrəvanı geri çağırmaqla və ya öz işçilərini kvota vəzifələrinə təyin etməməklə xərcləri azaldıb. Katiblik normal şəkildə fəaliyyətini davam etdirmək üçün mövcud ehtiyatlardan da istifadə edəcək.

Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, beynəlxalq təşkilatların maliyyə intizamı tərəflərdən birinin üzvlüyünü dayandırmaq və ya ona xitam vermək istəyindən asılı olmayaraq saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
cebheinfo.az

2Mənbələr