AZ

Rəsmi Moskvadan İrəvanın KTMT-yə maliyyə ödənişini dayandırmasına reaksiya

“Hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi üzərində iş gedir”
“KTMT-nin cari il üçün büdcəsi Ermənistan rəhbərliyinin hesablanmış maliyyəni ödəməkdən imtina etməsi səbəbindən düzəliş tələb edir”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda əksini tapıb.
Bundan əvvəl Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının “2024-cü il üçün KTMT-nin büdcəsi haqqında” 2023-cü il 23 noyabr tarixli qərarına qoşulmaqdan və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinmək niyyətində olduğunu bəyan edib.
“Hazırda Kollektiv Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsi üzərində iş gedir. Eyni zamanda, töhfələrin yenidən bölüşdürülməsindən söhbət getmir”, Rusiya XİN-dən qeyd olunub.
Nazirlik izah edib ki, KTMT Katibliyi və KTMT Birgə Qərargahı İrəvanı geri çağırmaqla və ya “öz işçilərini kvota vəzifələrinə təyin etməməklə” xərcləri azaldıb. Katiblik normal şəkildə fəaliyyətini davam etdirmək üçün mövcud ehtiyatlardan da istifadə edəcək.
Moskva İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini davam etdirməsini istəyir. Bunu Rusiya XİN də təsdiqləyib və vurğulayıb ki, beynəlxalq təşkilatların maliyyə intizamı tərəflərdən birinin üzvlüyünü dayandırmaq və ya ona xitam vermək istəyindən asılı olmayaraq saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
ayna.az

2Mənbələr