AZ

Azərbaycanda 17 faydalı qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

Bakı. Trend:

Azərbaycanda daha 17 faydalı qazıntı yatağı hərrac vasitəsiləistifadəyə verilib.

Trend bubarədə Dövlət Xidmətinə istinadən məlumat verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və TəbiiSərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarındanİstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarınınistifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilənhərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkanvə əlverişli şərait yaradır.

Məlumata görə, 5 iyun tarixində keçirilmiş hərracdainvestorların fəallığı müşahidə edilib.

Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7079 manatdan 201 000 manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1üzrə təklif 15 000 manatdan 236 000 manata yüksəlib. Bununlayanaşı, start qiyməti 13 897 manat olan “Kürdçü” qum yatağı 200 000manata istifadəyə verilib.

Qeyd edək ki, hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı,gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyəverilib.

Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digərməlumatlar) ilə https://bit.ly/45k7ZOU linki vasitəsilə tanış olmaqmümkündür.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
11
az.trend.az

10Mənbələr