AZ

Azərbaycanda 17 qazıntı yatağı hərrac vasitəsilə istifadəyə verilib

Azərbaycanda

Bakı, 10 iyun, AZƏRTAC

Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, sonuncu hərracda Xızıda yerləşən “Yeni Yaşma I” qum-çınqıl yatağı üzrə təklif 7079 manatdan 201 min manata, “Təzəkənd” qum-çınqıl yatağının LOT-1 üzrə təklif 15 min manatdan 236 min manata yüksəlib. Bununla yanaşı, start qiyməti 13 min 897 manat olan “Kürdçü” qum yatağı 200 min manata istifadəyə verilib.

Hərracda qum, qum-çınqıl yataqları ilə yanaşı, gil, qranodiorit, andezit yataqları da investorlara istifadəyə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
14
azertag.az

10Mənbələr