AZ

ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəs təklifinin səsverməsinə çağırır

ABŞ prezidenti Co Bayden Qəzzada elan etdiyi 3 mərhələli atəşkəs təklifinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) səsverməyə çıxarılmasını istəyib.
Elchi.az xəbər verir ki, ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin sözçüsü Neyt Evans mövzu ilə bağlı açıqlamasında bazar günü BMT Təhlükəsizlik Şurasına müraciət etdiklərini bildirib.
Buna görə ABŞ, Baydenin ötən həftə açıqladığı İsrailin Qəzzada hazırladığı atəşkəs təklifinin BMT Təhlükəsizlik Şurasında səsə qoyulmasını və dəstəklənməsini tələb edib.
Evans, sözügedən üç mərhələli razılaşmaya beynəlxalq dəstək veriləcəyi təqdirdə atəşkəs prosesinin sürətlənəcəyini və atəşkəs olacağı təqdirdə həm məhbusların azad ediləcəyini, həm də İsrailin Qəzzadakı məskunlaşmalardan çəkiləcəyini bildirib.
“İsrail artıq bu razılaşmanı qəbul edib, indi Təhlükəsizlik Şurasının yekdilliklə danışmaq və HƏMAS-ı razılaşmanı qəbul etməyə çağırmaq imkanı var”, – Evans öz bəyanatında bildirib.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
elchi.az

3Mənbələr