AZ

Bayden BMT Təhlükəsizlik Şurasını Qəzzada atəşkəs təklifinə çağırıb

ABŞ Prezidenti Co Bayden Qəzzada elan etdiyi 3 mərhələli atəşkəs təklifinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında səsverməyə çıxarılmasını istəyib.

AZXEBER.COM xəbər verir ki, ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyinin sözçüsü Neyt Evans mövzu ilə bağlı açıqlamasında BMT Təhlükəsizlik Şurasına müraciət etdiklərini bildirib.

Buna görə ABŞ Baydenin ötən həftə açıqladığı İsrailin Qəzzada hazırladığı atəşkəs təklifinin BMT Təhlükəsizlik Şurasında səsə qoyulmasını və dəstəklənməsini tələb edib.

Evans sözügedən üç mərhələli razılaşmaya beynəlxalq dəstək veriləcəyi təqdirdə atəşkəs prosesinin sürətlənəcəyini və atəşkəs olacağı təqdirdə həm əsirlərin azad ediləcəyini, həm də İsrailin Qəzzadakı məskunlaşmalardan çəkiləcəyini bildirib. 

Digər tərəfdən, BMT mənbələri sözügedən səsvermənin həftənin əvvəlində BMT Təhlükəsizlik Şurasının gündəliyinə salına biləcəyini bildirib.

Ayşən
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
azxeber.com

3Mənbələr