AZ

FHN əməliyyat görüntülərini yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
15
apa.az

10Mənbələr