AZ

Ayağı velosipeddə sıxılı qalan uşaq belə xilas edildi - VİDEO

Bakıda azyaşlının ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalıb.

Milli.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
15
milli.az

10Mənbələr