AZ

Ukrayna bu ölkədən döyüş təyyarələri almağa hazırdır – Açıqlama

“Kiyev İsveçin Gripen qırıcılarını qəbul etməyə hazırdır”

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Sergey Qolubtsov bildirib.

Onun sözlərinə görə, Kiyev İsveçin Gripen qırıcılarını qəbul etmək üçün lazımi infrastruktura malikdir.

Spiker qeyd edir ki, Ukrayna aviasiyası 2018-ci ildə mövcud sovet təyyarə parkını Amerikanın F-16 qırıcıları, İsveçin Gripen, Avropanın Eurofighter və Fransanın Rafale təyyarələri ilə əvəz etməyi planlaşdırıb və Ukrayna artıq bu təyyarələr üçün sorğu göndərib.

“Bu, İsveçin dağılma strategiyasına uyğun istehsal edilmiş bir təyyarədir. O, hətta adi yollardan istifadə edə bilir və heç bir xüsusi örtük tələb etmir. F-16-da istifadə oluna bilən hər şey Gripen-də istifadə oluna bilər”, – deyə o bildirib.

Medianews.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
medianews.az

4Mənbələr