AZ

Azərbaycanda bir sıra ərazilərin qaz təchizatında fasilə yaranacaq

“Quba” QPS-dən qidalanan Quba rayonunun Dağlı və Nügədi kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri, həmçinin Sumqayıt şəhəri, Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək təmir-bərpa işləri ilə əlaqədar 10.06.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, qaz təchizatı dayandırılan zaman Quba rayonunun (37 kənd), Xəzər rayonun (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonunun (Puta qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
49
apa.az

10Mənbələr