AZ

Quba, Sumqayıt və Bakının iki rayonunda qaz olmayacaq

"Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
Bu gün Quba rayonunun (37 kənd), Xəzər rayonun (Türkan kəndi, Türkan qəsəbəsi), Qaradağ rayonunun (Puta qəsəbəsi) və Sumqayıt şəhərinin (Stansiya Sumqayıt ərazisi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, "Quba" Qaz paylayıcı stansiyasından (QPS) qidalanan Quba rayonunun Dağlı və Nügədi kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri, həmçinin Sumqayıt şəhəri, Xəzər və Qaradağ rayonlarında qaz xətlərində görüləcək təmir-bərpa işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Seçilən
171
49
ayna.az

10Mənbələr