AZ

Salyanda qəza: 3 nəfər xəsarət aldı

Salyanda

Salyanda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb.Ulusum.az xəbər verir ki, hadisə Noxudlu kəndindəki körpünün yaxınlığında qeydə alınıb.Belə ki, "VAZ-2106" markalı avtomobil motosikletlə ("Muravey") toqquşub. Qəza nəticəsində Salyan rayon sakinləri - 1954-cü il təvəllüdlü Əsgərov Yedigar Əfsər oğlu və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Əsgərova Məlahət Allahyar qızı, habelə Neftçala rayon sakini, 2003-cü il təvəllüdlü Dəmirli Ələsgər Şahmar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdlırma aparılır.

Diqqət Çəkənlər

Yeni magistral yolda avtoqəza: 1 ölü 6 yaralı FOTOLAR YENİLƏNDİ

İldırım vurmaması üçün nə etməli?

Sertifikasiyadan keçməyən təhsilverənlər üçün komissiya yaradılır

Seçilən
117
14
ulusum.az

10Mənbələr