Salyanda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə Noxudlu kəndindəki körpünün yaxınlığında qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı avtomobil motosikletlə (“Muravey”) toqquşub.
Qəza nəticəsində Salyan rayon sakinləri - 1954-cü il təvəllüdlü Əsgərov Yedigar Əfsər oğlu və onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Əsgərova Məlahət Allahyar qızı, habelə Neftçala rayon sakini, 2003-cü il təvəllüdlü Dəmirli Ələsgər Şahmar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdlırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta