Avropa Parlamentinə (AP) seçkilərdə sağçı "Milli Assosiasiya" Partiyasına uduzan Fransa prezidenti Emmanuel Makron gözlənilməz şəkildə parlamenti buraxacağını və bu ayın sonunda yeni qanunvericilik seçkiləri təyin edəcəyini söyləyib.
“İki sahil” Reuters-ə istinadən xəbər verir ki, Makron nəticələrin onun hökuməti üçün fəlakət olduğunu və görməməzlikdən gəlməyəcəyini deyib
Bildirilib ki, o, aşağı palataya seçkiləriin birinci turunu iyunun 30-a ikinci turunu isə iyulun 7-ə təyin ediləcəyini bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”