AZ

Bakıda ər həyat yoldaşına çoxsaylı bıçaq zərbəsi vurub

Bakının Səbail rayonunda ailə məişət zəmnində dava zamanı 23 yaşlı qadın xəsarət alıb.

APA xəbər verir ki, hadisə 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 8 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
12
apa.az

10Mənbələr