AZ

Azərbaycanın kişi basketbol millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb

Azərbaycanın

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişi yığmamız həlledici görüşdə Kipr seçməsi ilə üz-üzə gəlib.

Rəqibini 20:18 hesabı ilə üstələyən milli komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Avropanın ən güclü 3x3 basketbol yığmaları 22-25 avqustda Avstriyanın paytaxtı Vyana şəhərində təşkil olunacaq Avropa Kubokunun oyunlarında iştirak edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
2
azertag.az

10Mənbələr