Bu gün Birinci Liqaya vəsiqə uğrunda ilk pley-off oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Birinci Liqanın sonuncusu "Araz Saatlı" İkinci Liqanın ikincisi "Cəbrayıl" ilə üz-üzə gəlib. Ilk qarşılaşma "Cəbrayıl"ın 2:0 hesablı qələbəsi ilə bitib.
Tərəflərin ikinci qarşılaşması iyunun 15-də reallaşacaq
9 iyun (bazar)
"Cəbrayıl" – "Araz Saatlı" 2:0
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 18:30