AZ

Avropa Kuboku: Azərbaycanın basketbol millisi təsnifat mərhələsində finala yüksəlib

Avropa

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə qadın yığmamız Malta seçməsi ilə qarşılaşıb.

Rəqibinə 15:10 hesabı ilə qalib gələn milli komanda finala vəsiqə qazanıb.

Azərbaycan kollektivinin həlledici mərhələdəki rəqibi Lüksemburq - Kipr cütünün qalibi olacaq. Final matçı Bakı vaxtı ilə saat 21:50-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
2
azertag.az

5Mənbələr