AZ

Kişi basketbolçularımız finala vəsiqə qazanıb

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

SİA xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişi yığmamız İrlandiya seçməsi ilə üz-üzə gəlib.

Rəqibini 21:12 hesabı ilə üstələyən milli komanda finala vəsiqə qazanıb.

Azərbaycan kollektivinin həlledici mərhələdəki rəqibi Kipr yığması olacaq. Final qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
sia.az

5Mənbələr