AZ

Yığmamız yarımfinala yüksəlib

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokunda ikinci oyununu keçirib. Sport24.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirində komandamız Lüksemburqla qarşılaşıb.
 
Yığmamız dünən ilk matçında Malta ilə qarşılaşıb və 17:14 hesabı ilə qələbə qazanıb. Növbəti oyunda Lüksemburqu yenən komanda qrup lideri kimi yarımfinala yüksəlib. Yığmanın rəqibi Malta - İrlandiya görüşünün qalibi olacaq.
 
Digər qrupda Kipr (6 xal) İrlandiya (4), Andorra (2) və Kosovo (0) mübarizə aparıb.
 
Avropa kubokuTəsnifat mərhələsiA qrupu9 iyun14:25. Azərbaycan – Lüksemburq - 21:8
Turnir cədvəli: Azərbaycan - 4, Lüksemburq - 2, Malta - 0 xal.
 
Qeyd edək ki, ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
sport24.az

2Mənbələr