Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokuna start verib. Sport24.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirdə komandamız dünən ilk oyununa çıxıb.
Malta ilə üz-üzə gələn yığma 17:14 hesabı ilə qələbə qazanıb.
Komandamız qrupda ikinci oyununu bu gün Lüksemburqa qarşı keçirəcək.
Qeyd edək ki, digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr yer alıb.
Avropa kubokuTəsnifat mərhələsiA qrupu8 iyunAzərbaycan – Malta - 17:14
9 iyun14:25. Azərbaycan – Lüksemburq
Qeyd edək ki, iyunun 8-9-da keçiriləcək oyunlarda ilk pillənin sahibi birbaşa Avropa kubokunun həlledici mərhələsinə vəsiqə qazanacaq. Qrup ikinciləri və üçüncüləri çarpaz şəkildə digər qrupla mərhələ adlayacaq növbəti komandanı müəyyənləşdirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta