İsraildə Qətərin "Əl-Cəzirə" telekanalının yayımının qadağan edilməsi və ofislərinin bağlanılması barədə qərarın müddəti 45 gün uzadılıb.
APA-nın xəbərinə görə, bu barədə “Ynet” portalı məlumat yayıb.
İsrailin rabitə naziri Şlomo Karhinin bu barədə qərarı İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqlənib.
Qeyd edək ki, İsraildə “Əl-Cəzirə" telekanalının yayımının qadağan edilməsi və ofislərinin bağlanılması barədə qərarın müddəti iyunun 10-da başa çatmalı idi.