AZ

Qəzzada Nuseyrat qaçqınlar düşərgəsində ölənlərin sayı 274 nəfərə çatıb

Dünən İsrail Ordusunun Qəzzadakı Nuseyrat qaçqınlar düşərgəsində 4 girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı ən azı 274 fələstinli ölüb.

APA-nın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Əməliyyat zamanı 698 nəfər yaralanıb, onlardan bəzilərinin durumu ağırdır.

Bundan əvvəl əməliyyat zamanı 210 nəfərin öldüyü, azı 400 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, iyunun 8-də 4 israilli girovun azad edilməsi üçün İsrail Ordusu Nuseyrat qaçqınlar düşərgəsinə hava zərbələri endirilib, quru əməliyyatı aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
3
apa.az

4Mənbələr