AZ

Qəzzada Nuseyrat qaçqın düşərgəsində ölənlərin sayı 274 nəfərə çatıb

Dünən İsrail Ordusunun Qəzzadakı Nuseyrat qaçqın düşərgəsində 4 girovun azad edilməsi üçün keçirdiyi əməliyyat zamanı ən azı 274 fələstinli ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Əməliyyat zamanı 698 nəfər yaralanıb, onlardan bəzilərinin durumu ağırdır.

Bundan əvvəl əməliyyat zamanı 210 nəfərin öldüyü, azı 400 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək ki, iyunun 8-də 4 israilli girovun azad edilməsi üçün İsrail Ordusu Nuseyrat qaçqın düşərgəsinə hava zərbələri endirib, quru əməliyyatı aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
3
nocomment.az

4Mənbələr