AZ

Azərbaycan milliləri Avropa Kubokunda növbəti matçlarına çıxacaqlar

Bu gün 3x3 basketbol üzrə kişi və qadınlardan ibarət Azərbaycan milliləri Avropa kubokunda növbəti oyunlarına çıxacaqlar.

Fanat.Az xəbər verir ki, Kosovanın paytaxtı Priştinada keçirilən turnirin ikinci günündə ilk olaraq qadın basketbolçularımız nəyə qadir olduqlarını göstərməyə çalışacaqlar.

Saat 14:25-də başlayacaq matçda yığmamızın Lüksemburqla üz-üzə gələcək.

Raşa Deliçin yetirmələri ilk görüşdə Maltanı 17:14 hesabı ilə yeni.

Kişilərdən ibarət yığma isə Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 14:50-də çalınacaq.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi dünən üç oyun keçirib. Komandamız Ermənistan (21:9), Kosovo (14:10) və Kipr, (21:16) seçmələrini üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
12
fanat.az

10Mənbələr