AZ

Avropa Kuboku: Azərbaycan milliləri növbəti matçlarına çıxacaq

Bu gün 3×3 basketbol üzrə kişi və qadınlardan ibarət Azərbaycan milliləri Avropa kubokunda növbəti matçlarını keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Kosovanın paytaxtı Priştinada keçirilən turnirin ikinci günündə ilk olaraq qadın basketbolçularımız meydana çıxacaq.

Saat 14:25-də başlayacaq matçda yığmamızın rəqibi Lüksemburq olacaq.

Raşa Deliçin yetirmələri ilk görüşdə Malta ilə qarşılaşıb və 17:14 hesabı ilə qələbə qazanıb.

Kişilərdən ibarət yığma isə Albaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti saat 14:50-də çalınacaq.

Kişilərdən ibarət Azərbaycan millisi dünən üç oyun keçirib. Komandamız Ermənistan (21:9), Kosovo (14:10) və Kipr, (21:16) seçmələrini üstələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
12
futbolinfo.az

10Mənbələr