AZ

Neftçalada avtomobil motosikletlə toqquşub: Xəsarət alanlar var

Neftçala şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hərəkətdə olan "Mercedes" markalı avtomobil motosikletlə toqquşub.
 
Qəza nəticəsində rayonun Kürkənd kənd sakinləri, 2007-ci il təvəllüdlü Hüseyn Ruslan oğlu Hacıyev və 2004-cü il təvəllüdlü Əbülfəz İlham oğlu Qəribəliyev xəsarətlər alıblar.
 
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 
(Report)
Seçilən
100
8
moderator.az

10Mənbələr