Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Budəfəki veriliş Qaraqoyunlu mahalındakı Əmirxeyir kəndinə həsr olunub.
Bildirilir ki, Əmirxeyir kəndi – Əmirin yaylağı, qayası, “əmir” və türkcə “kair” sözündən əmələ gəlib.
Kənd sakini Darvin Ağamalıyevın sözlərinə görə, Əmirxeyir qədim yaşayış yeri olub: “Kənd Qaraqoyunlu Əmirinin məskən saldığı məkandır. Deyilənə görə, bizdən əvvəl orada yunanlar yaşayıblar. Şah İsmayılın ordusunun düşərgə yeri də olub”.
Kəndin digər sakini Qələndər Qələndərov isə deyir ki, 1937-ci ildə kəndin ən tanınmış adamları repressiya olunublar.