AZ

Goranboyda orta məktəb günəş panelləri ilə isidiləcək və işıqlandırılacaq

Goranboyun Eyvazlılar kənd orta məktəbi günəş panelləri ilə isidiləcək və işıqlandırılacaq.

“Report”un Qərb bürosunun məlumatına görə, Elm və Təhsil Nazirliyinin layihəsi çərçivəsində təhsil ocağının həyətində 80 ədəd günəş paneli quraşdırılıb.

Bu panellər vasitəsilə həmçinin məktəbi isitmək də mümkün olacaq. Belə ki, siniflərdə buna uyğun istilik sistemləri quraşdırılıb.

İşlərin yaxın günlərdə yekunlaşacağı bildirilib.

Qeyd edək ki, quraşdırılan 80 ədəd günəş panelindən 50 kilovata yaxın enerji almaq mümkün olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
5
report.az

5Mənbələr