AZ

Goranboyda orta məktəb günəş panelləri ilə işıqlandırılacaq

Goranboyun Eyvazlılar kənd orta məktəbi günəş panelləri ilə isidiləcək və işıqlandırılacaq.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin layihəsi çərçivəsində təhsil ocağının həyətində 80 ədəd günəş paneli quraşdırılıb.

Bu panellər vasitəsilə həmçinin məktəbi isitmək də mümkün olacaq. Belə ki, siniflərdə buna uyğun istilik sistemləri quraşdırılıb.

İşlərin yaxın günlərdə yekunlaşacağı bildirilib.

Qeyd edək ki, quraşdırılan 80 ədəd günəş panelindən 50 kilovata yaxın enerji almaq mümkün olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
5
tehsil.biz

5Mənbələr