…Rusiya Federasiyasından Minskə 10 ədəd “T-34” tankı gətirilib. Tanklar Belarusa dəmir yolu ilə çatdırılıb.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Belarus Müdafiə Nazirliyi yayıb.
Deyilənlərə görə, Belarus hərbçiləri Rusiya hərbçilərini duz-çörəklə qarşılayıblar.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin zabiti Lukaşenkonun Ukrayna ilə müharibəyə hazırlığının mühüm əlaməti barədə danışmışdı.
Əli Babayev