AZ

800 gün sonra bir şey dəqiq aydındır, Rusiya... - Şolts

Almaniya kansleri Olaf Şolts müttəfiqlərini Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Rusiyanın Ukraynaya təcavüzünün başlanmasından 800 gün sonra bir şey dəqiq aydındır: Rusiya imperiya planlarına nail olmayacaq. Ukrayna diz çökdürülməsinə və ona təslim olma şərtlərinin diktəsinə imkan verməyəcək", - o bildirib.

Onun sözlərinə görə, Putin dərk etməlidir ki, bu amansız müharibədə qalib gələ bilməyəcək və Ukrayna üçün sülh ədalətli şərtlərlə bağlanmalıdır:

"Bu ədalətli sülh üçün yorulmadan çalışırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
axar.az

10Mənbələr