AZ

Rusiya İsveçrə sammitini buna görə pozmaq istədi

Rusiya Ukraynanın təslim olmasını istədiyi üçün İsveçrədəki sülh sammitinin qarşısını almağa çalışıb. Amma bu, heç vaxt baş verməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib. Sunak bildirib ki, Rusiya beynəlxalq hüquq prinsiplərinin müzakirəsi ilə özünü təhlükədə hiss etdiyi üçün sülh sammitini pozmaq istəyib: “Soruşmalıyıq: ərazi bütövlüyü, ərzaq və nüvə təhlükəsizliyinin əsas prinsiplərinin müzakirə olunduğu sammiti Rusiya niyə özünə belə təhdid görür?”

Sunak qeyd edib ki, Ukrayna heç vaxt təslim olmayacaq, çünki aqressiya qalib gələ bilməz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
buta.tv

10Mənbələr