Almaniya kansleri Olaf Şolz özünün X sosial şəbəkəsi vasitəsilə Danimarkanın baş naziri Mette Frederiksenə hücumu pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Zorakılıq heç vaxt siyasi müzakirələrin bir hissəsi olmamalıdır. Mette Frederiksenin tezliklə sağalmasını diləyirəm",- deyə Şolz qeyd edib.