AZ

Şolz İsveçrədə Asiya və Afrika ölkələrini Rusiyaya təsir etməyə inandırmağa çalışacaq

Almaniya kansleri Olaf Şolz bildirib ki, iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda Asiya, Afrika və Cənubi Amerika ölkələrinin nümayəndələrini Ukraynadakı münaqişəni mümkün qədər tez bir zamanda dayandırmaq üçün Rusiyaya təsir göstərməyə inandırmağa çalışacaq. Bizimyol.info xəbər verir ki, , Şolz "X"də yayımlanan videomüraciətində bildirib. “Gələn həftə sonu İsveçrədə Ukrayna üzrə beynəlxalq sülh konfransı keçiriləcək. Mən orada, xüsusən də Asiya, Afrika və Cənubi Amerika nümayəndələri arasında kampaniya aparacağam ki, biz beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə riayət etdiyimizi Rusiyaya bildirək”, - deyə kansler qeyd edib. İsveçrə hakimiyyəti iyunun 15-16-da Bürgenstok kurortunda Ukrayna ilə bağlı konfrans keçirməyi planlaşdırır. İsveçrənin Xarici İşlər Federal Departamenti (Nazirliyi) daha əvvəl bildirmişdi ki, Bern 160-dan çox nümayəndə heyətini, o cümlədən Yeddilik Qrupu, İyirmilik Qrupu və BRİKS ölkələrindən dəvət edib. İsveçrə hakimiyyət orqanlarının məlumatına görə, Rusiya Federasiyası dəvət olunanlar arasında yoxdur. "France-Presse" agetliyi qeyd edir ki, ABŞ prezidenti Co Bayden də daxil olmaqla bəzi dövlət başçıları konfransda iştirak etməyəcəklərini artıq bəyan ediblər. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva orada istənilməsə, konfransda iştirak üçün müraciət etməyəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu tədbirin keçirilməsi mənası və məqsədi olmayan bir istiqamətə aparan yola davam etməkdən başqa bir şey deyil. Eyni zamanda, Rusiya Federasiyası dəfələrlə vurğulayıb ki, Moskva Kiyevlə münaqişənin sülh yolu ilə həllindən heç vaxt imtina etməyib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
50
bizimyol.info

10Mənbələr