Bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, mərasimdən sonra baş tutan qəbul zamanı Butan Kralı səfiri təyinat münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. O, ölkəsində həyata keçirilən islahatlar, biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi üzrə görülən işlər barədə məlumat verib.
Səfir Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.
Butana səfəri çərçivəsində səfir E.Hüseynli həmçinin ölkənin Baş naziri, xarici işlər və ticarət naziri, Milli Assambleyanın spikeri, Energetika və Təbii Sərvətlər Nazirliyinin katibi ilə görüşüb.
Görüşlər zamanı Azərbaycan və Butan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə olunub, parlamentlərarası əlaqələr, təhsil, turizm, ətraf mühitin mühafizəsi, bərpa olunan enerji kimi sahələrdə əlaqələrin genişləndirilməsinə maraq ifadə olunub.
10Mənbələr
-
sfera.azAzərbaycan səfiri etimadnaməsini Butan Kralına təqdim edib ( 7410133)
-
news24.azKral Bakıya dəvət olundu ( 7408573)
-
azertag.azAzərbaycanla Butan arasında çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri müzakirə edilib ( 7403818)
-
gundem.azAzərbaycan səfiri etimadnaməsini Butan Kralına TƏQDİM ETDİ ( 7403587)
-
ikisahil.azAzərbaycan səfiri etimadnaməsini Butan Kralına təqdim edib ( 7403227)
-
far.azXarici siyasətAzərbaycan səfiri etimadnaməsini Butan Kralına təqdim edib ( 7403119)
-
demokrat.azAzərbaycan səfiri etimadnaməsini Butan Kralına təqdim edib ( 7402987)
-
cebheinfo.azKral Bakıya dəvət olundu ( 7402531)
-
sfera.azAzərbaycan səfiri etimadnaməsini Butan Kralına TƏQDİM ETDİ ( 7402168)
-
sia.azAzərbaycan səfiri etimadnaməsini Butan Kralına təqdim edib ( 7402165)