AZ

Putin Kadırovun oğlu ilə görüşüb - Əli Kadırovun 17 yaşı var...

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Əli Kadırovla görüşüb.

“AzPolitika” xəbər verir ki, Ramzan Kadırov bu barədə özünün “Telegram” kanalında məlumat paylaşıb. Kadırov qeyd edib ki, Putin onun oğlunu qarşıdan gələn evliliyi münasibəti ilə təbrik edib.

Əli Kadırov Çeçenistanda Eli kimi tanınır və onun 17 yaşı var. O, “Axmat” idman klubunun baş direktoru və Çeçenistan Boks Federasiyasının prezidentidir.

Qeyd edək ki, aprelin sonunda Ramzan Kadırovun ağır xəstəliyi ilə bağlı məlumatlar yenidən mediada yer almağa başlamışdı. Daha sonra Çeçenistan hökuməti Kadırovun idman zalında məşq etdiyini əks etdirən video yayımlayıb. Putinin sözçüsü Dmitri Peskov isə Kadırovun səhhətini şərh etməkdən imtina edib: “Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
azpolitika.info

3Mənbələr