AZ

Putin Kadırovun oğlu ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Eli Kadırovla görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya regionunun rəhbəri Ramzan Kadırov “Telegram”da məlumat verib.

Məlumata görə, Putin özü Kadırovu şəxsi görüşə dəvət edib Rusiya lideri onu qarşıdan gələn nikahı münasibətilə təbrik edib, ona babası, Çeçenistanın ilk prezidenti Axmat Kadırov haqqında danışıb.

"Vladimir Vladimiroviç yetkinlik dövründə müdrik göstərişlər verdi, böyük ölkəmizə necə lazımlı və faydalı olmaq barədə vacib məsləhətlər verdi”, - deyə R.Kadırov paylaşımında bildirib.

Qeyd edək ki, 17 yaşında Eli Kadırov “Axmat” respublika idman klubunun baş direktoru vəzifəsini icra edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
iqtisadiyyat.az

3Mənbələr