AZ

Rusiya FIDE üzvlüyündən çıxarılıb

Rusiya iki il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) üzvlüyündən çıxarılıb.

APA-nın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib.

Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.

Bununla yanaşı, Rusiyanın Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə Rusiya Şahmat Federasiyasının Himayəçilər Şurasının üzvü olduğuna görə töhmət elan edilib.

Qeyd edək ki, sözügedən qərar avqust ayından qüvvəyə minəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
11
apa.az

10Mənbələr