AZ

Rusiya bu qurumun üzvlüyündən çıxarıldı

Rusiya 2 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) üzvlüyündən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu qərar Ukrayna tərəfinin şikayəti əsasında qəbul edilib.

Şikayətdə ölkənin nəzarətində olan və beynəlxalq ictimaiyyətin Ukrayna ərazisi kimi tanınan Donetsk, Luqansk, Zaporojye, eləcə də Krım bölgələrində fəaliyyət göstərən şahmat klublarının Rusiyanın Şahmat Federasiyasının üzvlüyünə qəbul edilməsi kəskin pislənilib.

Qeyd edək ki, sözügedən qərar avqust ayından qüvvəyə minəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
13
yenicag.az

10Mənbələr